Azərbaycan əhalisi bu il ödənişli xidmətlərə 4,7 mlrd. manat xərcləyib

Azərbaycan əhalisi bu il ödənişli xidmətlərə 4,7 mlrd. manat xərcləyib
# 14 sentyabr 2021 18:09 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 4 777,7 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 663,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,7%-ni təşkil edib.

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 471,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 33,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR