Azərbaycan əhalisi ötən ay əczaçılıq məhsullarına 67,6 mln. manat xərcləyib

Azərbaycan əhalisi ötən ay əczaçılıq məhsullarına 67,6 mln. manat xərcləyib
# 17 may 2021 13:13 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 283,7 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 40,2% və ya 81,3 mln. manat artıb.

Cari ilin aprel ayında satışların həcmi 67,6 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 13% və ya 10,1 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,6 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR