Azərbaycan əhalisi tütün məmulatlarına xərclərini azaldıb

Azərbaycan əhalisi tütün məmulatlarına xərclərini azaldıb
# 31 avqust 2021 16:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 78,654 mln. manat dəyərində tütün məmulatları alıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 30,2% azdır. Təkcə cari ilin II rübündə əhali tütün məmulatlarına 43,624 mln. manat xərcləyib. Bu, illik müqayisədə 22,2% azdır.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda 281,2 mln. manat dəyərində tütün məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 80,8% çoxdur. İdxala gəldikdə, yanvar-iyunda 86,104 mln. manatlıq tütün məmulatları Azərbaycana idxal olunub ki, bu da illik müqayisədə 28,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR