Azərbaycan əhalisinin bank əmanətlərinin ilin əvvəlindən 5,6% artıb

Azərbaycan əhalisinin bank əmanətlərinin ilin əvvəlindən 5,6% artıb
# 24 iyun 2021 15:23 (UTC +04:00)

Bu ilin iyunun 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 635,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 3,4%, ötən ilin eyni dövrünə nisbətən isə bu göstərici 12,7% artıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə bu göstərici 5,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR