Azərbaycan əhalisinin nominal gəlirləri 0,4% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri 0,4% artıb
# 15 iyul 2021 09:59 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 27 580,7 mln. manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 2 755,4 manatlıq (-0,8%) gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 780,0 mln. manatlıq (-0,3%) vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR