Azərbaycan gələn il problemli kreditlərin kompensasiyasına 19 mln. manatadək ayıracaq

Azərbaycan gələn il problemli kreditlərin kompensasiyasına 19 mln. manatadək ayıracaq
# 05 noyabr 2021 17:21 (UTC +04:00)

Gələn il dövlət büdcəsində Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi"ndə əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı xərclər üçün 9,3 mln. manat, toplam olaraq 18,8 mln. manat subsidiya nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR