Azərbaycan iqtisadiyyatına bu il 10 mlrd. manatdan çox sərmayə qoyulub

Azərbaycan iqtisadiyyatına bu il 10 mlrd. manatdan çox sərmayə qoyulub
# 11 noyabr 2021 12:16 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 10 568,5 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1% azalıb

İstifadə olunmuş vəsaitin 6 999,6 mln. manatı və ya 66,2%-i məhsul istehsalı sahələrinə, 2 757,8 mln. manatı (26,1%-i) xidmət sahələrinə, 811,1 mln. manatı (7,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 020 mln. manatını və ya 66,4%-ini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 031,0 mln. manatı və ya 66,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1%, büdcə vəsaitləri 24,1%, sair vəsaitlər 7,4%, əhalinin şəxsi vəsaitləri 7,3%, bank kreditləri isə 6,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR