Azərbaycan iqtisadiyyatına bu il 2,9 mlrd. manatdan çox xarici investisiya cəlb olunub

Azərbaycan iqtisadiyyatına bu il 2,9 mlrd. manatdan çox xarici investisiya cəlb olunub
# 15 sentyabr 2021 15:51 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 924,4 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 12,1% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd edək ki, ötən ilin analoji dövründə xarici müәssisә vә tәşkilatlar tәrәfindәn әsas kapitala 3 326,4 mln. manat vәsait yönәldilmişdir.

"Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 732,0 mln. manatı və ya 93,4%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub", - hesabatda deyilir.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların həcminin 0,2% artaraq 5 924,9 mln. manat təşkil edəcək. Xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 772,5 mln. manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 mln. manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 mln. manata bərabər olacağı gözlənilir.

Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların ümumi həcminin 22 209,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR