Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən 5% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilin əvvəlindən 5% artıb
# 23 iyul 2021 12:46 (UTC +04:00)

Bu ilin iyul ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 856,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 1,1%, ilin əvvəlindən isə 4,9% artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 4,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR