Azərbaycan istehlakçıları bu il pərakəndə ticarət şəbəkəsində 15,2 mlrd. manat xərcləyib

Azərbaycan istehlakçıları bu il pərakəndə ticarət şəbəkəsində 15,2 mlrd. manat xərcləyib
# 10 iyun 2021 12:19 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 240,6 mln. manatlıq, o cümlədən 8 381,2 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 859,4 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 % artmış, qeyri-ərzaq malları üzrə isə 1,9% azalıb.

Qeyd edək ki, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Beləliklə, yanvar-mayda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 mlrd. manatlıq mallar satılıb. Bu göstərici 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR