Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb
# 30 sentyabr 2021 11:47 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 30,8 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3% çoxdur.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91%-ni təşkil edib.

2021-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 22 ölkəsinə 2,2 mln. dollar dəyərində xidmət ixrac edib.

Cari ilin ilk səkkiz ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 mln. dollar ilə ABŞ, 6,6 mln. dollar ilə Birləşmiş Krallıq, 6,4 mln. dollar ilə Fransa, 3,7 mln. dollar ilə Malayziya və 1,1 mln. dollar ilə BƏƏ qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR