Azərbaycana yanvar-martda 214 mln. dollar məbləğində pul baratları göndərilib

Azərbaycana yanvar-martda 214 mln. dollar məbləğində pul baratları göndərilib
# 21 may 2021 17:12 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana daxil olan pul baratlarının həcmi 213,6 mln. ABŞ dolları olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici illik müqayisədə 13,8% artıb. Belə ki, 2020-ci ilin analoji dövründə Azərbaycana 188 mln. dollar həcmində pul baratları daxil olub.

Qeyd edək ki, ötən il Azərbaycana daxil olan pul baratlarının həcmi 3,9% artaraq 970 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR