Azərbaycanda altı ayda icbari və könüllü sığorta bazarları eyni səviyyədə artıb

Azərbaycanda altı ayda icbari və könüllü sığorta bazarları eyni səviyyədə artıb
# 26 iyul 2021 14:38 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 147,853 mln. manat həcmində sığorta haqqı yığılıb, 64,536 mln. manat həcmində ödəniş həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 11,8% və 88% artıb. İcbari sığorta növləri üzrə yığımlar bazarın 32,7%-ni, ödənişlər isə 26%-ni təşkil edib.

Könüllü sığorta növləri üzrə birinci yarımildə yığımlar 304,513 mln. manat, ödənişlər isə 183,663 mln. manat təşkil edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% və 19,3% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 67,3%-ni, ödənişlər isə 74%-ni təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 452,366 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 248,2 mln. manat sığorta ödənişləri olub. Bu illik müqayisədə müvafiq olaraq 11,3% və 31,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR