Azərbaycanda altı ayda nağd dollar alışı 2 dəfədən çox azalıb

Azərbaycanda altı ayda nağd dollar alışı 2 dəfədən çox azalıb
# 26 iyul 2021 10:22 (UTC +04:00)

2021-ci ilin ilk yarısında Azərbaycan əhalisi banklardan 913,011 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə iyun ayında əhali 76,732 mln. nağd dollar alıb, bu da may ayı ilə müqayisədə 4,2% azdır.

Bundan başqa, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 688,806 mln. dollar təşkil edib, bu da illik ifadədə 23% çoxdur. Təkcə iyun ayında banklar əhalidən 128,457 mln. nağd dollar alıb, bu da aylıq müqayisədə 29,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR