Azərbaycanda banklardan kənar nağd pul kütləsinin həcmi 21% artıb

Azərbaycanda banklardan kənar nağd pul kütləsinin həcmi 21% artıb
# 27 may 2021 14:58 (UTC +04:00)

Bu ilin may ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 29 753, 9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 13,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 1,6% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) mayın 1-nə 10 555,5 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,3% azdır, illik müqayisədə isə 21,3% çoxdur.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR