Azərbaycanda biznesin kreditləşməsi ilin əvvəlindən 4% artıb

Azərbaycanda biznesin kreditləşməsi ilin əvvəlindən 4% artıb
# 22 sentyabr 2021 12:16 (UTC +04:00)

Bu ilin sentyabrın 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 7,4% artaraq 15,207 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (57,9%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 3,9% artaraq 8,810 mlrd. manat təşkil edib.

Ümumi portfelin 27,2%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 12,9% artaraq 4,133 mlrd. manata çatıb.

İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,9% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 12,2% artaraq 2,264 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR