Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sahibkarlıq subyektlərinə 101,6 mln. manat dəyərində güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan “APA-Economics”ə verilən məlumata görə, kreditin məbləğinə görə verilən kreditlərin 47%-i kənd təsərrüfatı məhsullarının istehsalının payına düşür.