Azərbaycanda bu il adambaşına düşən ÜDM-in həcmi 4,6% artacaq

Azərbaycanda bu il adambaşına düşən ÜDM-in həcmi 4,6% artacaq
# 06 noyabr 2021 11:34 (UTC +04:00)

2021-ci ilin yekunlarına görə, Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin real ifadədə 4,6% artaraq 8 271 manata çatacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. 2022-ci ildə bu göstəricinin real ifadədə 3,3% artaraq 8 590 manat, 2023-cü ildə 4,4% artaraq 9 187 manat, 2024-cü ildə 3,3% artaraq 9 690 manat, 2025-ci ildə isə 2,3% artaraq 10 083 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin son proqnozuna əsasən, bu il Azərbaycanda adambaşına düşən ÜDM 4 877 ABŞ dolları (8 290,9 manat), 2022-ci ildə isə bir qədər də artaraq 4 951 dollara (8 416,7 manat) çatacaq.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda adambaşına ÜDM 5% azalaraq 7 263 manata enmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR