Azərbaycanda bu il bank kartları ilə əməliyyatların 73%-i nağdlaşdırmadan ibarət olub

Azərbaycanda bu il bank kartları ilə əməliyyatların 73%-i nağdlaşdırmadan ibarət olub
# 02 iyun 2021 16:12 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ölkə daxilində debet və kredit kartları vasitəsilə (9,9 mln. ədəd) 10,154 mlrd. manat məbləğində əməliyyatlar həyata keçiriblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, sözügedən əməliyyatların 7,420 mlrd. manatı və ya 73,1%-i nağd pulun çıxarılmasının payına düşüb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 faiz bəndi azdır. Yanvar-aprel aylarında əhali ATM-lər vasitəsilə 7,115 mlrd. manat, POS-terminallar vasitəsilə isə 305 mln. manat nağdlaşdırıblar.

Qeyd edək ki, qalan 2,734 mlrd. manat isə debet və kredit kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin payına düşüb. Sözügedən nağdsız ödənişlərin 158 mln. manatı ATM-lər vasitəsilə, 1,124 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,452 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR