Azərbaycanda bu il bank müştərilərinin sayı 7% artıb

Azərbaycanda bu il bank müştərilərinin sayı 7% artıb
# 02 iyun 2021 17:30 (UTC +04:00)

Bu ilin mayın 1-nə Azərbaycandakı bankların müştərilərinin sayı 9 722 780 təşkil edib ki, bu da aprelin 1-i ilə müqayisədə 3% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, müştərilərin sayı ilin əvvəli ilə müqayisədə 7,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,8% artıb.

Mayın 1-nə müştərilərin 98,8%-ni fiziki şəxslər təşkil edib ki, onlarında 4,4%-i sahibkarlıqla məşğul olanlar olub.

Qeyd edək ki, bankların korporativ (hüquqi) müştərilərinin sayı isə 117 412 təşkil edib, bu da aylıq müqayisədə 0,4%, illik müqayisədə isə 3,3% çoxdur. Sözügedən kateqoriyaya aid müştərilərinin sayı ilin əvvəlindən isə 2,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR