Azərbaycanda bu il hər bir ölkə sakini ödənişli xidmətlərə ayda ortalama 295 manat xərcləyib

Azərbaycanda bu il hər bir ölkə sakini ödənişli xidmətlərə ayda ortalama 295 manat xərcləyib
# 15 iyun 2021 11:40 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azalaraq 2,949 mlrd. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 232,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7%-ni təşkil edib. Fiziki şəxslər tərəfindən əhaliyə 716,6 mln. manatlıq ödənişli xidmətlər göstərilib ki, bu da illik ifadədə 4% azdır.

Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli

xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR