Azərbaycanda bu il orta aylıq pensiya məbləği 10% artıb

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 03 dekabr 2021 12:42 (UTC +04:00)

Bu ilin orta aylıq pensiya məbləğində ötən illə müqayisədə təxminən 10% artım qeydə alınıb. Yaşa görə pensiyanın orta aylıq məbləği isə 8,5% artıb.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, bundan əlavə xidmətin keyfiyyətinin artırılmasında da işlər görülür ki, burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas hədəf tutduğu və istiqamət aldığı sahə proaktiv təyinatların həcminin artırılması, proaktiv təyin olunan sosial ödənişlərin çoxaldılmasıdır.

"Bu gün ümumilikdə nazirliyin göstərdiyi xidmətlərdən 105-i artıq tam elektronlaşdırılıb. Onlardan Fondun fəaliyyət dairəsinə düşən 66 xidmət elektronlaşdırılıb, bu xidmətlərdən də 45-i proaktiv qaydada həyata keçirilir", - deyə H. Məmişov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR