Azərbaycanda cəmi depozit bazasının həcmi tarixi maksimuma çatıb

Azərbaycanda cəmi depozit bazasının həcmi tarixi maksimuma çatıb
# 25 iyun 2021 13:36 (UTC +04:00)

Bu ilin iyunun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,991 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, indiyədək qeydə alınmış cəmi depozit bazasının ən yüksək həcmidir. Aylıq müqayisədə depozitlərin həcmi 3,2%, ilin əvvəlindən isə 5,6% artıb.

Qeyd edək ki, yerləşdirilmiş depozitlərin 52,4%-i xarici valyutada olub və dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR