Azərbaycanda COVID-19-la mübarizə çərçivəsində fiskal paketin auditi üzrə təlimlərin keçirilməsi təklif olunub

Azərbaycanda COVID-19-la mübarizə çərçivəsində fiskal paketin auditi üzrə təlimlərin keçirilməsi təklif olunub
# 06 dekabr 2021 12:31 (UTC +04:00)

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov COVID-19 pandemiyası ilə mübarizəyə sərf olunmuş vəsaitlərlə bağlı fiskal paketin auditi üzrə təlimlərin keçirilməsini təklif edib.

"APA-Economics"in məlumatına görə, bu təklifi V. Gülməmmədov Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci Toplantısında səsləndirib.

Sədr qeyd edib ki, Palata bu sahədə təcrübə mübadiləsində maraqlıdır. Toplantıda iştirakçılar bu təklifi dəstəkləyiblər və qeyd edilib ki, ötən il və bu ilin əsas hissəsində pandemiya şəraiti ilə bağlı təlimlər yalnız onlayn keçirilib, lakin 2022-ci ildə təlimlərin canlı, ortalama 25-26 auditoru iştirakı ilə keçirilməsi mümkün ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR