Azərbaycanda differensial ƏDV sisteminə keçidə mane olan əsas problemlər açıqlanıb

Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəisi

© APA | Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəisi

# 03 noyabr 2021 13:17 (UTC +04:00)

“ƏDV-nin differenasiallaşdırılması məsələsi tərəfimizdən öyrənilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, sadəcə, kölgə iqtisadiyyatı mövzusu ilə bu sistem uzlaşmalıdır: “Differensial ƏDV sisteminə keçid iqtisadiyyata mükəmməl nəzarət tələb edir. Kölgə iqtisadiyyatının həcmini azaltmağa və vergidən yayınma hallarının azaldılmasına daha yaxın olanda birdəfəlik differensial ƏDV sisteminə keçid edə bilərik. Ancaq indi birdəfəlik differensial ƏDV-yə keçid risklər yarada bilər. Ola bilər ki, tibb sahəsinə daha aşağı ƏDV tətbiq edilə bilsin. Bəzi sahələrdə vergi yükünün daha az olması üçün də təhlillər aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR