Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi tarixi maksimuma çatıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi tarixi maksimuma çatıb
# 26 oktyabr 2021 14:38 (UTC +04:00)

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara Fondun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.

İKZF-dən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 mln. manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.

Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,940 mlrd. manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR