Azərbaycanda e-ticarətin həcmi kəskin artıb

Azərbaycanda e-ticarətin həcmi kəskin artıb
# 25 iyun 2021 10:27 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 394 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da aprel ayı ilə müqayisədə 3,7% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin may ayı ilə müqayisədə 44,9% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 52,2%. Bu, aprel ayı ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında əhali bank kartları vasitəsilə elektron ticarətdə 1,846 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% çoxdur. Cari ilin ilk beş ayında da e-ticarət ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 52,9%.

Xatırladaq ki, mart ayında Azərbaycan əhalisi bank kartları ilə e-ticarət şəbəkəsində 407 mln. manat həcmində ödəniş həyata keçirmişdi ki, bu da indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

Ölkədə elektron ticarətin kəskin artımına koronavirus pandemiyası fonunda ölkədə ötən ilin aprel ayından etibarən vaxtaşırı tətbiq edilən sərt karantin rejimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR