Azərbaycanda e-ticarətin həcmi martdakı rekorddan sonra cüzi azalıb

Azərbaycanda e-ticarətin həcmi martdakı rekorddan sonra cüzi azalıb
# 31 may 2021 11:41 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 380 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da mart ayı ilə müqayisədə 6,6% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə isə 45,6% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 51,8%.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında əhali bank kartları vasitəsilə elektron ticarətdə 1,452 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur. Cari ilin ilk dörd ayında da e-ticarət ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 53,1%.

Xatırladaq ki, mart ayında Azərbaycan əhalisi bank kartları ilə e-ticarət şəbəkəsində 407 mln. manat həcmində ödəniş həyata keçirilib, bu da indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR