Azərbaycanda e-ticarətin həcmi oktyabrda tarixi maksimumu yeniləyib - QRAFİK

Azərbaycanda e-ticarətin həcmi oktyabrda tarixi maksimumu yeniləyib - QRAFİK
# 23 noyabr 2021 15:23 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 803 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord sentyabrda qeydə alınmışdı – 774 mln. manat.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici sentyabr ayı ilə müqayisədə 3,7%, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,5 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında isə əhali e-ticarət 5,218 mlrd. manat həcmində ödənişlər həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR