Azərbaycanda e-ticarətin həcmi tarixi maksimumu yeniləyib - QRAFİK

Azərbaycanda e-ticarətin həcmi tarixi maksimumu yeniləyib - QRAFİK
# 22 oktyabr 2021 10:20 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 710 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord avqustda qeydə alınıb 505 mln. manat.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici avqust ayı ilə müqayisədə 40,6%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,2 dəfə artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği ölkədə bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib (64%-ini) və aylıq müqayisədə 7,9% faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin ilk doqquz ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 3,988 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR