Azərbaycanda əmanətlərin dedollarlaşması davam edir

Azərbaycanda əmanətlərin dedollarlaşması davam edir
# 25 avqust 2021 11:59 (UTC +04:00)

2021-ci ilin avqustun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,606 mlrd. manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 5,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,7% artıb.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 44,7%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 1% bəndi, ötən ilin eyni vaxtı ilə müqayisədə isə 7,9% bəndi azdır.

Qeyd edək ki, əmanətlərinin dollarlaşma səviyyəsi 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR