Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib

Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib
# 10 iyun 2021 12:06 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 104,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq məhsulları üzrə 103,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4% təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 %, əvvəlki ilin may ayına nisbətən 104,9% təşkil edib.

2021-ci ilin may ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,4%, əvvəlki ilin may ayına nisbətən 105,2% təşkil edib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən isə, bu il Azərbaycanda illik inflyasiyanın səviyyəsi 3,5%, gələn il 3,2%, 2023-cü ildə isə 3% təşkil edəcək.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4±2% diapazonunda formalaşacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR