Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb
# 15 iyul 2021 10:36 (UTC +04:00)

Bu ilin iyulun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 279,9 min nəfər olub, onlardan 4 929,1 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,13%, məşğul əhalinin sayı isə 0,9% artıb.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR