Azərbaycanda istehlak və biznes kreditləri artıb

Azərbaycanda istehlak və biznes kreditləri artıb
# 25 avqust 2021 11:28 (UTC +04:00)

2021-ci ilin avqustun 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 5,7% artaraq 14 966,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, portfelin əsas hissəsinin (58,3%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 3% artaraq 8 728,5 mln. manat təşkil edib.

Ümumi portfelin 26,9%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 9,9% artaraq 4 024,60 mln. manata çatıb.

İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,8% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 9,7% artaraq 2 213,4 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR