Azərbaycanda iyunda deflyasiya qeydə alınıb, illik inflyasiya 4,3% təşkil edib

Azərbaycanda iyunda deflyasiya qeydə alınıb, illik inflyasiya 4,3% təşkil edib
# 15 iyul 2021 10:13 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycan istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,5%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,3% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin iyun ayında may ayı ilə müqayisədə 100,2%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,7% təşkil edib.

2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9% təşkil edib.

İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3%, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9% təşkil edib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,5% təşkil edib.

Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq. Hədəf diapazonu 4±2%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR