Azərbaycanda iyunda ərzaq istehlakı ilin ən yüksək səviyyəsinə çatıb - QRAFİK

Azərbaycanda iyunda ərzaq istehlakı ilin ən yüksək səviyyəsinə çatıb - <span class="red_color">QRAFİK
# 22 iyul 2021 13:11 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən istehlakçılar 1,856 mlrd. manat həcmində ərzaq məhsulları alıb. Bu, 2021-ci ildə qeydə alınan ən yüksək aylıq göstəricidir.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, may ayı ilə müqayisədə 12,7% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,393 mlrd. manatlıq ərzaq məhsulları satılıb. Bu da illik müqayisədə 2,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR