Azərbaycanda maliyyə-bank sektorunda e-imzadan istifadənin stimullaşdırılması təklif olunub

Azərbaycanda maliyyə-bank sektorunda e-imzadan istifadənin stimullaşdırılması təklif olunub
# 31 may 2021 12:02 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və bank nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

"APA-Economics"in Azərbaycan Banklar Assosiasiyasına istinadən verdiyi məlumata görə, görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imza (e-imza) sertifikatlarının bank xidmətlərində istifadəsi barədə müzakirələr aparılıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsində sertifikat xidməti mərkəzlərinin imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı bank nümayəndələrinə elektron imza sertifikatının imkanları barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Mərkəzi Bank nümayəndələri, habelə ABA-nın Ekspert Qrupları tərəfindən maliyyə-bank sektorunda elektron imzadan istifadənin stimullaşdırılması məqsədilə "Elektron imza" sertifikatları tətbiq edilmiş yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə təklifi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR