Oktyabrda Azərbaycanda manatla pul bazası 0,8% artaraq noyabrın 1-nə 14,621 mlrd. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən verdiyi xəbərə görə, sözügedən göstərici ilin əvvəli ilə müqayisədə isə 7,8% artıb.
Qeyd edək ki, pul bazasının hazırkı səviyyəsi yeni tarixi maksimum sayılır.
Xatırladaq ki, AMB-nin sədri Elman Rüstəmov son faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında bildirmişdi ki, pul bazasının genişlənməsinin qarşını almaq üçün ilin sonuna sterilizasiya əməliyyatlarını aktivləşdirmək nəzərdə tutulur.