Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisi banklardan 3,169 mln. Britaniya funt sterlinqi alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə azdır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə may ayında əhali 492,9 min funt sterlinq alıb ki, bu da aprel ayı ilə müqayisədə 36,6% azdır. Qeyd edək ki, bu həcm statistikanın aparıldığı dövrdən bəri (2014-cü il) qeydə alınmış ən aşağı aylıq göstəricidir.
Bundan başqa, cari ilin ilk beş ayında ölkə əhalisinin banklara satdığı nağd funt sterlinqin ümumi həcmi 2,323 mln. funt təşkil edib ki, bu da illik müqayisədə 3 dəfə azdır. Təkcə may ayında bu göstərici 343 min funta bərabər olub ki, bu da aylıq ifadədə 36,9% azdır.