Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb
# 24 iyun 2021 16:06 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 3,489 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 206 mln. manatı ATM-lər vasitəsilə, 1,437 mlrd. manatı POS-terminallar vasitəsilə, 1,846 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Təkcə mayda isə 755 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib və bu aprel ayı ilə müqayisədə 3% çoxdur. May ayında nağdsız ödənişlərin 48 mln. manatı ATM-lər vasitəsilə, 313 mln. manatı POS-terminallar vasitəsilə, 394 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, mayda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində rekord qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR