Azərbaycanda növbəti dörd ildə qeyri-neft ÜDM-in həcmi 270 mlrd. manatı keçəcək

Azərbaycanda növbəti dörd ildə qeyri-neft ÜDM-in həcmi 270 mlrd. manatı keçəcək
# 05 noyabr 2021 14:22 (UTC +04:00)

Azərbaycanın qeyri-neft sektorunda 2022-2025-ci illərdə orta hesabla 5,1% ətrafında artım proqnozlaşdırılır.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Sahə üzrə 2022-ci ildə bu göstərici 4,9%, 2023-cü ildə – 5,2%, 2024-cü ildə – 5,3%, 2025-ci ildə isə 4,9% təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, cari ilin sonunadək bu göstəricinin 6% olacağı istisna edilmir.

Gələn il ölkənin qeyri-neft sektoru üzrə 60 355,2 mln. manat gəlirin əldə olunacağı gözlənilir. Bu göstərici 2023-cü ildə 65 191,2 mln. manat, 2024-cü ildə – 70 438,9 mln. manat, 2025-ci ildə isə 75 747,6 mln. manata çatacağı ehtimal olunur. Göründüyü kimi, 2022-2025-ci illərdə Azərbaycanın qeyri-neft sektorunda 270 mlrd. manatdan çox (271 732,9 mln. manat) ÜDM istehsal olunacaq.

Qeyri-neft sektorunun ÜDM-də payı 2022-ci ildə 69,7%, 2023-cü ildə – 70%, 2024-cü ildə 71,2%, 2025-ci ildə isə 73,1% təşkil edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR