Azərbaycanda ödəniş sistemləri və lombardlar haqqında qanun layihələri hazırlanıb

Zakir Nuriyev

© APA | Zakir Nuriyev

# 29 noyabr 2021 10:47 (UTC +04:00)

Azərbaycanda "Ödəniş sistemləri haqqında" qanun layihəsi artıq hazırdır və onun qəbul olunması gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu, daha geniş əhatəli qanundur və orda söhbət təkcə nağdsız hesablaşmalardan getmir: "Burada hesablaşmaları həyata keçirən müəssisə və təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılmasından gedir. Məqsəd daha geniş sayda müəssisə və təşkilatların bu fəaliyyətin həyata keçirilməsinə imkan yaratmaqdır".

Z. Nuriyev həmçinin əlavə edib ki, ölkədə "Lombardlar haqqında" qanun layihəsi də artıq hazırdır və müvafiq dövlət orqanlarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR