Azərbaycanda ödəniş xidməti göstərən təşkilatların fəaliyyəti lisenziyalaşdırılacaq

Azərbaycanda ödəniş xidməti göstərən təşkilatların fəaliyyəti lisenziyalaşdırılacaq
# 27 avqust 2021 11:25 (UTC +04:00)

Azərbaycanda ödəniş xidmətləri göstərən təşkilatlara yeni tələblər qoyulacaq.

APA-Economics”in əldə etdiyi məlumata görə, bu tələblər yeni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin gələn ilin əvvəlinə qüvvəyə minməsi gözlənilir. Qanun qəbul olunduqdan sonra, ödəniş xidmətləri göstərən təşkilatlar mütləq şəkildə lisenziyalaşdırılacaq.

Hazırda bu təşkilatların fəaliyyəti qanunla tənzimlənmir və ödəniş xidmətləri göstərmək üçün lisenziya tələb olunmur. Qanun qüvvəyə mindikdən sonra, ödəniş xidmətləri göstərən təşkilatlara qarşı müəyyən tələblər irəli sürüləcək və onlara vaxt veriləcək ki, bu tələblərə, texniki şərtlərə uyğunlaşsınlar. Bütün tələblərə cavab verdikdən sonra təşkilatlar lisenziya almaq üçün müraciət edə biləcəklər. Lisenziyası olmayan ödəniş sistemlərin fəaliyyəti dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR