Azərbaycanda oktyabrda illik inflyasiya 10%-dək sürətlənib

Azərbaycanda oktyabrda illik inflyasiya 10%-dək sürətlənib
# 12 noyabr 2021 12:54 (UTC +04:00)

2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri illik müqayisədə 5,7% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, içkilər və tütün məmulatları 6,7 %, qeyri-ərzaq məhsulları üzrə 4,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5% bahalaşıb.

Cari ilin oktyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6%, əvvəlki ilin oktyabr ayına nisbətən isə 10% artıb. 2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,8%, əvvəlki ilin oktyabr ayına nisbətən isə 13,1% artıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.

Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ortaillik inflyasiya 5,2%, təkcə sentyabrda isə illik inflyasiya 8,5% təşkil edib. 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR