Azərbaycanda qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16%-dək artıb

Azərbaycanda qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16%-dək artıb
# 17 sentyabr 2021 18:07 (UTC +04:00)

2021-ci il sentyabrın 1-nə Azərbaycanın qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744 804 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204 882 min çoxdur.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 494,5 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb, daxilolmalar üzrə proqnoz 232,1 mln. manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 1,583 mlrd. manat təşkil edib, proqnoz 113,3% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artaraq 85,8 mln. manat olub, proqnoz 109,7% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artaraq 63,1 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3% icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR