Azərbaycanda qeyri-neft sektoruna aid torpaq vergisinin 75% azaldılması təklif edilir

Azərbaycanda qeyri-neft sektoruna aid torpaq vergisinin 75% azaldılması təklif edilir
# 03 noyabr 2021 12:40 (UTC +04:00)

Neft və qaz yataqları istisna olmaqla, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisinin 75% azaldılması təklif olunur.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əks olunub.

"Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75% azaldılır", - sənəddə bildirilir.

Qeyd edilir ki, bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.

Xatırladaq ki, Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanuna görə, 2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə hüquqi şəxslərin torpaq vergisindən 46 mln. manat daxil olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR