Dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Azərbaycanda sığorta ödənişinin verilməməsinə görə cərimə müəyyənləşir
17 noyabr 2021 15:51 (UTC +04:00)
Maliyyə
Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər və preauditin keçirilməməsinin səbəbləri açıqlanıb
17:52
19 aprel 2024
ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb
17:24
19 aprel 2024
Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb
16:37
19 aprel 2024
“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb
16:04
19 aprel 2024