Azərbaycanda son 6 ildə ilk dəfə manat depozitləri xarici valyutada olan əmanətləri üstələyib

Azərbaycanda son 6 ildə ilk dəfə manat depozitləri xarici valyutada olan əmanətləri üstələyib
# 18 iyun 2021 18:20 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahib olub.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Son beş ayda isə (iyunun 1-nə) əhalinin müddətli manat əmanətləri 16,1% artıb.

Qeyd edək ki, 2021-ci ilin mayın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,353 mlrd. manat təşkil edirdi və 48,7%-i xarici valyutada olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR