Azərbaycanda vergi ödəyicilərinə əlavə güzəştlər edilə bilər

Azərbaycanda vergi ödəyicilərinə əlavə güzəştlər edilə bilər
# 11 noyabr 2021 13:43 (UTC +04:00)

"Qeyri-neft sektorunda əməkhaqqı 8 min manata qədər olanlar 2026-cı ilədək gəlir vergisindən azad edilib".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir deyib ki, bu, 800 mln. manat güzəşt deməkdir: "Vergi Məcəlləsinə son dəyişikliklərlə əlaqədar da 50 mln. manat güzəşt olacaq. Ola bilər ki, bu istiqamətdə digər addımlar da atılsın".

S. Şərifov onu da qeyd edib ki, Vətən müharibəsində Zəfər qazanan Azərbaycanda büdcə artırılır: "Bütün sahələr üzrə vəsaiti artırmaq mümkün deyil. Prezident 5 prioritet istiqamət müəyyənləşdirib və həmin prioritet istiqamətlər üzrə xərclər artırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR