Azərbaycanda yanvar-mayda vergi daxilolmaları 7,5% artıb

Azərbaycanda yanvar-mayda vergi daxilolmaları 7,5% artıb
# 30 iyun 2021 12:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda vergi daxilolmaları 3 810,6 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb.

"APA-Economics"in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, daxilolmalar üzrə beşaylıq proqnoz 127,1% səviyyəsində icra olunub, proqnozdan əlavə 812,9 mln. manat vəsait daxil olub.

Qeyri-neft sektorundan vergi daxilolmaları da artıb. Belə ki, 2021-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2 754,0 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% artıb. Qeyri-neft sektorundan daxilolmalar üzrə beşaylıq proqnoz 120,7% səviyyəsində icra olunub, büdcəyə proqnozdan əlavə 471,8 mln. manat vəsait daxil olub.

Vergi daxilolmalarının əsas hissəsi qeyri-neft sektorunun payına düşüb. 2021-ci ilin 5 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,3% olub. Vergi daxilolmalarının 27,7%-i neft-qaz sektorunun payına düşüb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 530,7 mln. manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb. Beşaylıq proqnoz 111% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6% artıb.

Bundan başqa, 2021-ci ilin yanvar-may aylarında işsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 52,4 mln. manat təşkil edib, beşaylıq proqnoz 109,6% səviyyəsində icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR